Azərbaycan-Ermənistan sərhədində YANĞIN 

16:10 13.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.

 
 

Bu barədə hafta.az-a Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

 

Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.